PASHA Bank ile bashla

Uğurlu karyerana PAŞA Bank ilə başla!

Layihə haqqında

“PAŞA Bank ilə Başla” layihəsi ölkə iqtisadiyyatının inkişafına töhfə verən PAŞA Bankın korporativ sosial məsuliyyət siyasəti çərçivəsində və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində 100 nəfər əlilliyi olan şəxsin peşəkar inkişafına yönəlmiş bir sıra təlimlər keçiriləcək.

Təlimləri uğurla bitirmiş iştirakçıların müxtəlif müəssisələr tərəfindən potensial işçi qüvvəsi kimi tanınmasına dəstək göstəriləcək. Müvafiq istiqamətdə fəaliyyət göstərən qərarverici tərəflər, biznes müəssisələri tərəfdaş qismində layihəyə cəlb ediləcək. Azərbaycan qanunvericiliyi üzrə əlilliyi iş sahəsində təcrübəsi olan mütəxəssis tərəfindən işəgötürənlərin bu istiqamətdə məlumatlılığının artırılması təmin ediləcək.

Məqsədimiz əlilliyi olan şəxsləri peşəkar inkişaf imkanları ilə təmin etməkdir.

Təlimlər

“PAŞA Bank ilə Başla” layihəsinin əsas məqsədi əlilliyi olan şəxslərin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına və onların işlə təmin olunmasına dəstək verməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən layihədə iştirak etmək üçün Bakı şəhərində yaşayan 100 nəfər əlilliyi olan şəxs seçiləcək və onlara aşağıdakı mövzular üzrə təlimlər keçiriləcək:

icon-04

Qrafik dizayn

  • İlkin tanışlıq, dizayna başlanğıc, nəzəriyyə
  • Kompüter qrafikası, nəzəriyyə
  • Rəng, forma, perspektiv, işıq və kölgə
  • İlk qaralamalar, ideyanın vizuallaşdırılması
  • Digital və çap məhsulları
  • Adobe Photoshop: Başlanğıc
  • Adobe Photoshop: Təbəqələr
  • Adobe Photoshop: Rəng & korreksiya təbəqələri
  • Adobe Photoshop: Fiqurlar
  • Adobe Photoshop: Mətn
  • Adobe Photoshop: Kəsim
  • Adobe Photoshop: Seçim və maskalama
  • Adobe Photoshop: Filterlər
  • Adobe Photoshop: Ağıllı obyektlər və mokaplar
  • Adobe Photoshop: Transformasiya və distorsiya
  • Adobe Photoshop: Retuş
  • Adobe Photoshop: Təbəqə rejimləri
  • Adobe Photoshop: Fırçalar
  • Adobe Illustrator: Başlanğıc
  • Adobe Illustrator: Çəkim alətləri
  • Adobe Illustrator: Mətn
icon-02

Rəqəmsal marketinq

  • Rəqəmsal marketinq kursuna giriş
  • Marketinq planı
  • Veb
  • SEO
  • Google
  • CRM
  • Analitika
  • Facebook
  • Instagram
  • LinkedIn
  • Youtube
  • Facebook elanları
  • E-mail marketinq
  • Büdcə
icon-01

Çağrı mərkəzi

  • Çağrı Mərkəzi kursuna giriş
  • Müştəri xidmətləri
  • Müştəri xidmətləri (uzun müddətli)
  • Telefon bilikləri
  • Komanda işi
icon-03

Help Desk

  • İT-nin əsasları
  • Texniki dəstək-in əsasları
  • İT-də cari zamanda istifadə olunan bəzi sistemlər barədə anlayış
  • Texniki dəstək nümayəndəsinin şəxsi keyfiyyətləri (keyfiyyətlər və zəruri olma səbəbləri)
  • Texniki dəstək nümayəndəsinin bilməsi zəruri olan sistemlər
  • Təhlükəsizlik qaydaları və proseduralar
  • Nasazlıqlar – növ, tip və prioritetləri
  • Nasazlığı qısa müddətdə müəyyən etmək və ya aradan qaldıra bilmək
  • Mövzuya uyğun oyunlar
icon-05

SQL proqramlaşdırma

  • SQL kursuna giriş
  • Cədvəllər yaratmaq və idarə etmək üçün DDL hesabatlarının istifadəsi
  • Məlumatların manipulyasiyası
  • SQL SELECT bəyannaməsindən istifadə edərək məlumatların alınması
  • Məlumatların məhdudlaşdırılması və çeşidlənməsi
  • Fərdiləşdirmək üçün “Single-Row” funksiyalarından istifadə
  • Qrup funksiyalarından istifadə edərək ümumi məlumatların hesabatının hazırlanması
  • Alt sorğulardan istifadə edərək məlumatların alınması
  • Digər “Schema” obyektlərinin yaradılması
  • “Schema” obyektlərinin idarə olunması
  • Set Operatorlarından istifadə
  • “Data Dictionary” görünüşləri ilə obyektlərin idarə edilməsi
  • Böyük məlumat qrupları ilə manipulyasiya
  • Hiyerarxik geri qaytarma
  • Müntəzəm ifadə dəstəyi

 

icon-06

Sosial bacarıqların inkişaf etdirilməsi

  • Motivasiya
  • Vaxtın idarə edilməsi
  • Netvorkinq
  • Stressin idarə edilməsi
  • Komanda işi

Layihə çərçivəsində iştirakçılara psixoloji dəstəyin göstərilməsi və məşğulluq üzrə müvafiq məsləhətlərin verilməsi də nəzərdə tutulmuşdur. Layihə iştirakçılarının gələcək iş perspektivlərinin artırılması məqsədilə müvafiq istiqamətdə fəaliyyət göstərən qərarverici tərəflər və biznes müəssisələri tərəfdaş qismində layihəyə cəlb ediləcək.

Təlimçilər

Togrul

Toğrul Babayev

Toğrul Babayev karyerası ərzində aparıcı yerli şirkətlər üçün brendinq, eləcədə dizaynın fərqli istiqamətləri üzrə bir çox işlərə imza atıb. O, “Digiart Creative Team”in təsisçisidir, həmçinin “STEP IT Academy Baku”da Kompüter qrafikası və dizayn kafedrasının rəhbəri kimi çalışıb. Hal-hazırda yerli şirkətlərdən birində Art direktordur.

Aydin

Aydın Xəlilov

Aydın Xəlilov 2006-ci ildən başlayaraq əlillik məsələləri üzrə müstəqil ekspert kimi fəaliyyətə başlayıb. O, həmin il tamamilə əlilliyi olan şəxslər tərəfindən yaradılmış və idarə olunan Azərbaycanın yeganə təşkilatı “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin rəhbəri seçilmişdir. Aydın Xəlilov bir çox yerli və beynəlxalq şirkətdə əlillik məsələləri üzrə müstəqil ekspert kimi fəaliyyət göstərib.

Niyazi

Niyazi Qasımov

Niyazi Qasımov aparıcı yerli şirkətlərdə Rəqəmsal Marketinq qrupunun rəhbəri, eyni zamanda “Rocket Internet”, “Microsoft Türkiye”, “McCANN Turkey” kimi şirkətlərin bir neçə layihəsində Rəqəmsal Marketoloq vəzifəsi üzrə fəaliyyət göstərib. O, həmçinin Rəqəmsal Marketinq üzrə bir çox təlimlərin müəllifidir.

Xəbərlər

PASHA Bank поддерживает профессиональное образование лиц с ограниченными возможностями
17İyn

PASHA Bank поддерживает профессиональное образование лиц с

Ведущий корпоративный банк страны PASHA Bank объявил о начале нового…

“PAŞA Bank” əlilliyi olan şəxslərin peşəkar inkişafına dəstək verir
17İyn

“PAŞA Bank” əlilliyi olan şəxslərin peşəkar inkişafına

Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank”, Korporativ Sosial Məsuliyyət strategiyası…

“PAŞA Bank”dan əlilliyi olan şəxslər üçün yeni layihə
17İyn

“PAŞA Bank”dan əlilliyi olan şəxslər üçün yeni

Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank”, Korporativ Sosial Məsuliyyət strategiyası…

Qəbul tələbləri

Layihədə iştirakla bağlı ümumi seçim meyarları aşağıdakılardan ibarətdir:

  • Əlilliyi olan Azərbaycan Respublikası vətəndaşı
  • Yaş həddi: 18-40
  • Yaşayış yeri: Bakı şəhəri
  • Tələb olunan minimal təhsil səviyyəsi: orta təhsil
  • Azərbaycan dili bilikləri
  • Öyrənmək və işləmək üçün yüksək motivasiyaya malik olmaq
  • Liderlik potensialı olan və ictimai həyatda fəal olan şəxslərə üstünlük veriləcək
  • Baza kompüter (zəruridir) və minimal ingilis dili bilikləri (arzuolunandır)

Özünüzü bu tələblər uyğun hesab edirsinizsə, siz də

Ən çox verilən suallar

Layihədə görmə və eşitmə funksiyası pozulmuş əlilliyi olan şəxslərin iştirakı nəzərdə tutulmur.

Layihənin növbəti mərhələsinə keçən iştirakçılarla əlaqə saxlanılacaq.

Nəqliyyat tərəfimizdən təmin ediləcək.

Təlimləri uğurla başa vuran iştirakçıların iş tapmasına yardım ediləcək.

Dərslər həftədə 2 dəfə olacaq və 90 dəqiqə davam edəcək.